HAQQIMIZDA
TÜV AUSTRIA 1872-ci ildə Avstriyanın Vyana şəhərində təsis edilmişdir. 37-dən artıq ölkədə 3000-dən çox əməkdaşı olan şirkət dünyada sınaq, inspeksiya, risklərin qiymətləndirilməsi, texniki nəzarət, kiber təhlükəsizlik, məlumatların qorunması, sertifikatlaşdırma, həçminin təlim-tədris sahələrində müştərilərimiz və partnyorlarımıza xidmət göstərir.
TÜV AUSTRIA fəaliyyətini Avstriyanın Milli Akkreditasiyası, həmçinin ölkələr üzrə yerli akkreditasiyalar əsasında həyata keçirir. İstixana qazlarının emissiyasının azaldılmasının validasiyası və verifikasiyası daxil olmaqla, ətraf mühitin qorunması sahəsində TÜV AUSTRIA xüsusi təcrübəyə malikdir. 22.09.2017-ci ildə qeydiyyata alınmış TÜV AUSTRİA AZƏRBAYCAN MMC TÜV AUSTRIA-nın Azərbaycan Respulikasındakı rəsmi ofisidir.
TÜV AUSTRIA AZƏRBAYCAN milli və beynəlxalq addreditasiyalar əsasında EN və ISO standartlarına uyğun olaraq qiymətləndirmə və sertifikatlaşdırma fəaliyyətlərini, həmçinin inspeksiya və sınaqları həyata keçirir. Bundan əlavə, 2022-ci ildən etibarən, TÜV AUSTRIA ACADEMY adı altında şirkət təlimlər təklif edir.
Tərəfdaşlarımızla öyrənin
Uğura gedən yolda güclü əməkdaşlıq ən böyük üstünlüyümüzdür. Etibarlı tərəfdaşlarımızla birlikdə sizə daha geniş imkanlar və dəyər təqdim edirik.


